"Mançester Siti"dən 70 milyonluq transfer

Day.Az представляет новость на азербайджанском языке

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona" və "Bavariya"da rəhbərliyi altında oynamış futbolçunu transfer etmək istəyir.

Day.Az fanat.az-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis Tyaqo Alkantaranı transfer siyahısına salıb. "Mançester Siti"nin ispaniyalı yarımmüdafiəçi üçün "Bavariya"ya 70 milyon avro ödəməyə hazır olduğu deyilir. Onun özünün də yenidən Qvardiola ilə işləmək istədiyi bildirilir.

Qeyd edək ki, Alkantara "Barselona"nın yetirməsidi. 2013-cü ildə "Bavariya"nın baş məşqçisi təyin olunduqdan sonra "Barselona"da rəhbərliyi altında oynamış futbolçunu 25 milyon avroya transfer etmişdi. 27 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 26 qarşılaşmada 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.