https://news.day.az/azerinews/996349.html
Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdi
Türkiyədə İŞİD-in "ölüm briqadası"nın üzvləri ələ keçdi
Day.Az представляет новость на азербайджанском языке
Türkiyənin Sakarya vilayətində xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının "ölüm briqadası"ının 4 üzvü saxlanılıb.
Trend-in məlumatına görə, saxlanılan şəxslərin ikisinin İraq, digər ikisinin isə Suriya vətəndaşı olduğu bildirilir. Onların arasında qadın da var.
Təfərrüatlar haqqında məlumat verilmir.
Xatırladaq ki, aprelin 13-də Adana vilayətində Suriya vətəndaşı Riyad Hacı Osman - İŞİD cəlladlarından biri saxlanılmışdı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре