Nigarın paylaşımı qalmaqal yaratdı - FOTO

17 апреля 2018 11:31

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2011" müsabiqəsinin qalibi, müğənni Nigar Camalın "Instagram" paylaşımı qalmaqala səbəb olub.

Belə ki, səhifəsində dünya ulduzu Cennifer Lopezin fotosunu paylaşan ifaçı fərqli reaksiyalarla qarşı-qarşıya qalıb.

Bu barədə oxu.az-a açıqlama verən müğənni bu addımı insanların reaksiyasını yoxlamaq üçün etdiyini deyib:

"Mən Cenniferin şəklini zaraftyana paylaşmışdım. Yoxlamaq istəyirdim ki, görüm, kim nə deyəcək. İnsanlar fərqli reaksiyalar verdilər. Az qala məni daş-qalaq edirdilər".

Qeyd edək ki, istifadəçilər Cenniferlə Nigarı bir-birindən ayırd edə bilməyib, onlar ifaçının alt paltarsız küçəyə çıxdığını zənn ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!