Suriyaya atılan raketlərin dəf edilmə anı

Day.Az представляет новость на азербайджанском языке

Suriya dövlət televiziyasında Suriyaya endirilən raketlərin dəf edilməsi ilə bağlı görüntülər yayımlanıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Suriyanın hərbi hava müdaifəsi sistemləri Homs şəhərinin yaxınlığında bir neçə raketləri vurub.

Suriya ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Homs vilayətindəki Şayrat aerodromu ilə yanaşı, Dəməşqdən 50 kilometr şimaldakı Dumeyrdəki hərbi bazaya endirilmiş raket zərbələrini də dəf edib.

Qeyd edək ki, aprel ayının 13-də ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Suriyaya atılan raketlərin dəf edilmə anı