Bakının mərkəzində partlayış səsi eşidildi

Day.Az представляет новость на азербайджанском языке

Bakıda ard-arda partlayış səsi eşidilib.

Day.Az xəbər verir ki, izləyicilər bununla bağlı sosial şəbəkələrdə yazıb. Onlar bir-birinin ardınca gurultulu səs eşitdiklərini qeyd ediblər.

"Qafqazinfo" məsələni dəqiqləşdirmək üçün Səbail Rayon Polis İdarəsi ilə əlaqə saxlayıb.

Bildirilib ki, şəhərin mərkəzində heç bir hadisə baş verməyib: "Hazırda Hərbi Dəniz Qüvvələrinin təlim-məşq prosesi gedir və səslər də bununla bağlıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.