Oğlan ayaq ağrıları üçün aldığı dərmanları içdi, "gey" oldu - Xəbərdarlıq - FOTO

17 апреля 2018 11:54

Day.Az представляет новость на азербайджанском языке

"Mən heç vaxt özümdə anormallıq hiss etməmişdim. Bu vaxta qədər qadınlar diqqətimi çəkirdi. Lakin ayaq ağrılarımın azalması üçün həkimin tövsiyə etdiyi dərmanı uzun müddət istifadə etdikdən sonra özümü qadın kimi hiss edirəm və kişilərə qarşı ehtirasım yaranır".

Milli.Az The Sun-a istinadla xəbər verir ki, bu sözləri Scott Purdy adlı zərərçəkən söyləyib. O iddia edir ki, pregabalin dərmanını 6 ay istifadə etdikdən sonra özünü qadın kimi hiss etməyə başlayıb.

Böyük Britaniyadakı Milli Səhiyyə Sistemindən (NHS) məsələ ilə bağlı açıqlama verilib. Məlumatda qeyd olunub ki, hər dərmanda olduğu kimi, bu dərmanın da əks təsirinin olması halı istisna deyil.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!