Qadının yanına uzanıb 15 bıçaq vurdum”

Day.Az представляет новость на азербайджанском языке

Aprelin əvvəlində Beyləqanda törədilən qətl hadisəsinin üstü açılıb.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, aprelin 3-də DİN-in "102 Zəng Mərkəzinə" Beyləqan şəhərində yaşayan Ramilə Əsədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı mənzildə tapılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb, digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb. İsti izlərlə keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Beyləqan şəhər sakini Rövşən Nəsirov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib.

Rövşən Nəsirov (saxlanılan şəxs): "Həmin qadınla bir neçə dəfə əlaqəm olmuşdu. Tək qalırdı, evlərinə getdim. Uzananda mən də uzandım. 10-15 bıçaq vurub, evi soymaq istədim. 30 manat və sepi götürdüm".

Rövşən Nəsirovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun törətdiyi digər ağır cinayətin də üstü açılıb. Belə ki, istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Nəsirovun ötən il oktyabr ayının 19-da həmyerlisi Kənan Məhərrəmovu Beyləqan şəhərində yaşadığı evə apararaq bıçaqla qətlə yetirdiyi, sonra isə təmiri başa çatmamış otaqda torpağa basdırması müəyyən edilib. K.Məhərrəmovun meyiti basdırıldığı yerdən ekskumasiya edilib.

Rövşən Nəsirov: "Uzanıb üstünə, boğazına 8-9 bıçaq zərbəsi endirdim. Yarımtikili evin içərisində basdırdım".

Faktlarla bağlı cinayət işi başlanılıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: