Rusiyada İŞİD-çilərə qarşı əməliyyat

Day.Az представляет новость на азербайджанском языке

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı xüsusi əməliyyat keçirilib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətindən xəbər verilib.

Dəstə üzvləri silah və əldə düzəlmə partlayıcı vasitələrlə ölkənin cənubunda hücumlar etməyi planlaşdırıblar. Dəstə başçısı Rostovda keçirilən xüsusi əməliyyat zamanı müqavimət göstərib və əlində olan partlayıcı qurğunu işə salıb. Nəticədə terrorçu ölümcül xəsarət alıb.

Dəstənin digər 3 üzvü saxlanılıb.

Əməliyyat axtarış tədbirləri davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.