Aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Day.Az представляет новость на азербайджанском языке
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 17-də saat 14:40-dan etibarən elan edib.
DİM-dən Trend-ə verilən məlumata görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin bütün mobil operatorlar vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub.
Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!Новости категории

Quba rayonunda zəlzələ olub

Şamaxıda sürüşmə: Yol ikiyə bölündü - VİDEO

.jpg)
Azərbaycanın biznes əhəmiyyəti artır - VİDEO

DİQQƏT! Cərimə olunanlar bu xəbəri mütləq oxusunlar - VIDEO

İrəvan erməniləri "Qarabağ klanı"ndan yaxa qurtarmaq istəyir
Лента новостей
























-
19 Апр. 11:25 9 902
-
19 Апр. 11:22 8 598
-
19 Апр. 13:20 5 253
-
19 Апр. 15:50 3 950
-
19 Апр. 14:36 3 881