“Polojeniya Anar” cəzalandırıldı

17 апреля 2018 15:34

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışı və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmova  hökm oxunub.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məhərrəmov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda onun yanındakı qıza sataşdığı üçün Kamran Hüseynovu döyüb. A.Məhərrəmov saxlanılarkən üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!