Misir universitetində Azərbaycan dilinin tədrisi genişləndirilir - FOTO

17 апреля 2018 16:27

Day.Az представляет новость на азербайджанском языке

Misirn əl-Əzhər Universitetinin "Humanitar fənnlər" fakültəsinin ardınca "Dillər və tərcümə" fakültəsində də Azərbaycan dilinin tədrisinə başlanılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov "Dillər və tərcümə" fakültəsinin dekan müavini, professor Məhəmməd Gazi və "Türk dili" şöbəsinin müdiri, professor Hazim Səidlə keçirdiyi görüşlərdə bu barədə müzakirələr aparılıb.

Misirdə Azərbaycan dilinin tədrisinin qarşılıqlı əlaqələrin inkişafındakı əhəmiyyətindən bəhs edən S.Nəsirov bildirib ki, hazırda Misirin ən mötəbər universitetlərində və təşkilatın Qahirədəki ofisində 600 nəfərdən çox tələbə Azərbaycan dilini öyrənir. Qeyd olunub ki, "Dillər və tərcümə" fakültəsi əl-Əzhər Universitetin önəmli fakültələrdən biri olduğu üçün orada Azərbaycan dilinin tədrisi hər iki ölkə üçün əhəmiyyət kəsb edir. Professor Məhəmməd Gazi isə öz növbəsində diaspor sədrinin təşəbbüsünü dəstəkləyərək, 2018-2019-cu tədris ilində "Dillər və tərcümə" fakültəsinin "Türk dili" şöbəsində Azərbaycan dilinin tədrisinə başlanılacağını qeyd edib.

Görşdə həmçinin, əl-Əzhər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı simpoziumun təşkili və digər məsələlər müzakirə edilib. Söhbət əsnasında Azərbaycanın dövlətçilik ənənələri və müasir Azərbaycan, onun inkişafı haqqında məlumat verən S.Nəsirov eyni zamanda Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı həqiqətləri də diqqətə çatdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!