“Bozbash Pictures”in Şirininə xanımından bahalı hədiyyə

Day.Az представляет новость на азербайджанском языке

"Bozbash Picture"in Şirini, aktyor Nicat Rəhimovun doğum günüdür. Aktyor 32 yaşını qeyd edir.

Yenicag.az-a açıqlama verən Nicat özəl gününü iş başında keçirdiyini deyib:

"Rejissor Emil Abdullayevin "Əfsanə qayıdır" adlı filmində rol almışam. Doğum günümü də həmin filmin çəkiliş meydançasında qeyd etdim. İlk hədiyyəmi həyat yoldaşımdan aldım. Deməyəcəm nədir, amma çox dəyərli və bahalı hədiyyədir. Mənim ona verdiyim pulları toplayıb, biraz da özü üstünü düzəldib, həmin hədiyyəni mənə alıb. Sonra evdəkilər təbrik etdi. Səhərdən də telefonlarım susmur. Mənim üçün tamaşaçı sevgisindən böyük hədiyyə nə ola bilər ki?"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.