“Çölə çıxa bilmirik” - Canavar sürüsü kəndə hücum etdi

Day.Az представляет новость на азербайджанском языке

Qəbələdə şəxsi təsərrüfatda 35 başa qədər xırdabuynuzlu heyvana hücum edib.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qəbələ rayonunun Böyük Əmirli kəndində baş verib.

Şəxsi təsərrüfata canavar sürüsü girərək 18 baş heyvanı öldürüb, 17 baş qoyun-quzunu yaralayıb. Canavar sürüsü beton hasardan aşaraq tövləyə daxil olub. Heyvan cəsədləri baytar həkimlər tərəfindən basdırılıb və quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Sakinlərin sözlərinə görə, canavar hücumları son vaxtlar xeyli çoxalıb.

Avtav Əmrahova - Sakin: "Nə uşaq, nə özüm çölə çıxa bilmirik. Özüm də yaşlı adamam. Gərək qapıya bir adamla çıxaq".

Analoji hadisə bir həftə əvvəl də yaşanıb. Canavar sürüsü iki baş iribuynuzlu heyvanı tələf edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: