“Sovetski”də bu küçələr bağlanacaq

17 апреля 2018 18:02

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın mərkəzindəki bir neçə küçə hərəkət üçün bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumata görə, "Sovetski" adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, aprelin 18-də Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaqdır.

Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!