Bonuççi: "Allaha şükür etdim ki, orda deyildim"

Day.Az представляет новость на азербайджанском языке

"Milan"ın müdafiəçisi Leonardo Bonuççi son həftə İtaliya klublarının Avrokubok mübarizəsinə toxunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Çempionlar liqasının 1/4 final mərhələsində baş tutan "Real" - "Yuventus" (1:3) matçına xüsusi fikir bildirib.

"Emosiya ilə dolu həftə idi. "Roma"ya görə sevinirəm, "Yuventus"un uğursuzluğu məni məyus etdi. "Santiago Bernabeu"da 3 qol vurmaq hər kəsə nəsib olmur. Matçın sonunda mübahisəli penalti təyin olundu. Amma "Yuventus" səviyyəsini göstərdi. Hakim bəyaz nöqtəni göstərəndə Allaha şükür etdim ki, orda deyildim. Çünki özümü cilovlaya bilməzdim".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.