Benatia italiyalı komiki "söhbətə" çağırdı

Day.Az представляет новость на азербайджанском языке

"Yuventus"un müdafiəçisi Mehdi Benatia Çempionlar Liqasının 1/4 finalında "Real"la oyundan (3:1) sonra italyan komik Maurisio Krozzo ilə söz savaşına çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Krozzo mərakeşli futbolçunun oyundan sonra hakimlər briqadasının işini təcavüzə bənzətməsini tənqid edib.

"Ola bilsin, Benatia təcavüzün nə olduğunu bilmir. Bunun mənasını bilmək istəyirsə, onu öz üzərində sınaqdan keçirə bilər" - komik demişdi. Benatia isə bu qıcıqlandırıcı sözləri cavabsız qoymayıb.

"Mən hər gün Vinovoda oluram və səni burda gözləyirəm, axmaq" - müdafiəçi İnstagram hesabından cavab yazıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.