Terrorçular elektrik xətlərini partlatdı - Şəhər işıqsız qaldı

Day.Az представляет новость на азербайджанском языке

"Taliban" terror təşkilatı Özbəkistandan Əfqanıstana gələn və Bağlan vilayətindən keçən əsas elektrik xəttini partladıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, nəticədə paytaxtı Kabilin 80 faizinə elektrik verilməsi dayanıb.

Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər aparılır.

Qeyd edək ki, "Taliban" son zamanlarda hücum hədəfini dəyişərək elektrik digər kommunal istiqamətlərə zərər vurmağa çalışır. Ötən ay Tacikistandan Kabilə gələn elektrik xətti partladılmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.