https://news.day.az/azerinews/996613.html Otlaq sahəsində 2 top mərmisi tapıldı - FOTO Day.Az представляет новость на азербайджанском языке Ağstafada otlaq sahəsində 2 top mərmisi tapılıb.

Otlaq sahəsində 2 top mərmisi tapıldı - FOTO

Azərbaycanca, 17 апреля 2018 20:12 (UTC +04:00) 1 139
Otlaq sahəsində 2 top mərmisi tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Ağstafada otlaq sahəsində 2 top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, 2018-ci il 17 aprel tarixində saat 13:46-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağstafa rayonu, Tatlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 122 mm-lik OF-56-1) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
  • Otlaq sahəsində 2 top mərmisi tapıldı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости