Əhalinin banklarda 7.7 milyard manatdan artıq pulu var

Day.Az представляет новость на азербайджанском языке

2018-ci il mart ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat təşkil edib.

Day.Az Trend-ə istinadən bildirir ki, əmanətlərin 62,1 faizi xarici, 37,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrunə nisbətən 2,0 dəfə artıb, xarici valyutada əmanətlər isə 14,6 faiz azalıb.

Qeyd edək ki, 2018-ci il fevralın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 497,0 milyon manat təşkil edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.