Lift azərbaycanlı ustanın üstünə düşdü: Faciəvi ölüm

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə azərbaycanlı usta faciəvi şəkildə ölüb.

Yenicag.az xəbər verir ki, hadisə Başakşəhərdə qeydə alınıb. Onun üstünə lift kabinəsi düşüb. Azərbaycan əsilli usta hadisə yerindəcə keçinib.

Məlumata görə, o, həmin vaxt lift boşluğunun divarlarını boyayırmış. Lakin qəfildən liftin kəməri qırılıb. 3-cü mərtəbədə olan lift kabinəsi sürətlə yürə çırpılıb.

Yerli polis olayla bağlı araşdırmalar aparır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.