Rusiya kubokunda SENSASİYA

Futbol üzrə Rusiya kubokunda sensasiya baş verib.

Milli.Az bildirir ki, yarımfinalda Moskvanın "Spartak" klubu "Tosno"ya uduzub. Oyunun 62-ci dəqiqəsində "Spartak"ın Ze Luiş hesabı açdı. 90-cı dəqiqədə isə "Tosno"nun oyunçusu Yurçenko hesabı bərabərləşdirdi. Penalti seriyasında "Tosno" daha dəqiq oldu - 5:4. Beləliklə "Tosno" kubokun finalına çıxdı və orada birinci dəstənin klubu "Avanqard" ilə qarşılaşacaq.