Cins şalvarda balaca cib nə üçündür?

Day.Az представляет новость на азербайджанском языке

Demək olar ki, bütün cins şalvarların cibinin üst hissəsində balaca cib var. Amma insanların çoxu həmin cibin nə üçün lazım olduğunu bilmir.

Day.Az axşam.az-a istinadən həmin balaca cibin yaranma tarixi və hansı işə yaradığı haqda xəbər verir.

Məlumata görə, cibin yaranma tarixi 200 il əvvələ gedib çıxır və bir başa kovboylarla bağlıdır. Belə ki, 1800-cü illərdə cins şalvarlara tikilməyə başlayan həmin balaca cibin bir funksiyası var idi ki, o da həmin dövrdə istifadə olunan saatlarla bağlı idi. 

Ölçüsü balaca olan saatları kovboylar həmin cibə qoymaqla onun daha rahat yerdə qaldığına və sınma ehtimalının olmadığına əmin olurdular

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.