Liftdə köməksiz qalan 1 nəfər xilas edilib

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda liftdə köməksiz qalan 1 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib.

Əməliyyat başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.