Azərbaycan "Avro-5" standartlı benzin ixrac edəcək
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emaı Zavodunun modernləşdirilməsinin başa çatmasından sonra "Avro-5" standartlı benizinin ixracına başlayacaq.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə SOCAR-ın nümayəndəsi deyib.
O qeyd edib ki, benzin istehsalının həcmi 2,2 milyon ton təşkil edəcək:
"Ümumilikdə, modernləşdirmə başa çatdıqdan sonra dizel yanacağının istehsalı 2,9 milyon ton və ya ümumi istehsal gücünün 39 faizi, benzin istehsalı 2,2 milyon ton və ya 29 faiz, o cümlədən Aİ-92 - 16 faiz və Aİ-95 - 13 faiz təşkil edəcək. "Azərikimya" İB üçün xammal istehsalı 6 faiz, bitum və koks istehsalı 5 faiz, mayeləşdirilmiş karbohidrogen qazının istehsalı 1 faiz təşkil edəcək".
"İstehsal olunan benzinin 25, dizel yanacağının 40 və təyyarə yanacağının 40 faizinin ixrac edilməsi planlaşdırılır".
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi 2021-ci ilin əvvəlində yekunlaşacaq. Modernləşmədən sonra zavodun gücünün ildə 6 milyondan 7.5 milyon tona çatacağı bildirirlir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре