"Yaxşı ki, boşandım, indi bundan həzz alıram" - Dilarə

Day.Az представляет новость на азербайджанском языке

2017-ci ildə boşandım. Çox şadam ki, boşandım. İndi bundan həzz alıram.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova "ATV Kulis" verilişində deyib.

Sənətçi ona tez-tez əri ilə bağlı suallar ünvanlandığını deyib:

"Mənə tez-tez boşanmağım haqda sual verirdilər. Danışmırdım, indi isə sualları cavablandırıram. Çünki əvvəl rəsmi boşanma olmamışdı, indi olub. İkinci dəfə ərə getməyəcəm. Tək darıxmıram".

Müğənni açıq-saçıq fotolarından söz açıb:

 

"Bədənim yaxşı görünür, idmanla məşğul oluram. Niyə bunu göstərməyib. Bəziləri qınasa da, çoxları qınamır".

Aparıcı Murad Əzimzadənin "Əks cinsin nümayəndələrinin xoşuna gəlir, qadınların yox yəqin" sözlərinə Dilarə belə cavab verib:

"Bilirsiz, qadınların da çoxunun bədən quruluşumdan nə qədər xoşları gəlir. Onlara bir az motivasiya oluram. Göstərirəm ki, siz də gedin idmana, belə olun".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.