Azərbaycanda yeni növ yanacaq istehsal ediləcək

Day.Az представляет новость на азербайджанском языке

"SOCAR Methanol" şirkəti istehsalat xəttini genişləndirmək niyyətindədir.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu şirkətin direktoru Elnur Mustafayev deyib.

E.Mustafayev bildirib ki, hazırda "SOCAR Methanol" zavodunda texniki və analitik metanol istehsal olunur:

"Biz qısamüddətli perspektivdə əlavə dəyərin yaradılması üçün istehsal olunan məhsul xəttini genişləndirmək istəyirik. Söhbət həm də mühərrik yanacağı və formaldehid qismində metanol istehsalından gedir".

Şirkət direktoru qeyd edib ki, metanol mühərrik yanacağı qismində avtomobillərdə və gəmilərdə istifadə oluna bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.