"Ötənilki Azərbaycan Qran-Prisində baş verən insidenti çox ağır keçirdim"

Day.Az представляет новость на азербайджанском языке

Formula 1-in dördqat dünya çempionu Sebastyan Fettel Bakıdakı yürüş uik-endinin startından əvvəl bildirib ki, ötənilki Azərbaycan Qran-Prisində baş verən insident onun üçün ciddi dərs olub.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Sebastyan Fettel onunla bağlı tənqidlərə münasibətini bildirib. O deyib: "Həmin yürüşdən sonra mən çox məyus idim. Bu pis hisslərlə bacarmaq çox çətindir. Lakin həyatda həmişə belədir: səhvə yol vermisənsə, bunu daşımaq ağırdır. Mən baş verənlərdən ibrət dərsi aldım".

Xatırladaq ki, ötən il Luis Hemiltonun qəfil tormozlamasına qeyri-iradi reaksiya verib, bilərəkdən britaniyalının bolidinə zərbə yetirən almaniyalı tənqid atəşinə tutulmuşdu. On saniyəlik cərimə alaraq, qələbə şansından məhrum edilən S.Fattel FIA-nın sonrakı araşdırmaları mərkəzində də olub. Prezident Jan Todtla görüş tərbiyə xarakterli söhbətlə başa çatıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.