Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə edilib

Day.Az представляет новость на азербайджанском языке

Bakıda yaşayış binasında yanğın baş verib.

Day.Az FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan iki otaqlı (yaşayışı olmayan) mənzildə baş verib.

Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.