Müstəntiqin öldüyü qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

8 декабря 2018 16:06

Day.Az представляет новость на азербайджанском языке

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonunun Sığırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Sığırlı kənd sakini, Əli Seyidağa oğlu Qaybalıyevin idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili yol kənarında dayanan yüklə dolu "Qazel"ə çırpılıb. Hadisə nəticəsində Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qey edək ki, Ə.Qaybalıyev Ağsu rayon polis şöbəsində müstəntiq işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz

Videonu izləmək üçün şəklə klikləyin:
Müstəntiqin öldüyü qəzanın DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!