Bu nəqliyyat vasitələrini sürənlər vergi ödəyəcəklər

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda nəqliyyat vasitələrindən əmlak vergisi alına bilər.

Milli.Az xəzərxəbər-ə istinadla bildirir ki, bununla bağlı Hesablama Palatasından hökümətə təklif göndərilib. Təklifə əsasən mühərrik həcmi böyük olan avtomobillərdən daha çox verginin alınması nəzərdə tutulur, kiçik həcmli nəqliyyat vasitələrinə isə ya güzəşt tətbiq edilə, ya da ümumiyyətlə vergidən azad edilə bilər.

Təklifə veriləcək cavaba əsasən hətta mühərrik həcmi kiçik olan nəqliyyat vasitələri vergi tutmadan azad da edilə bilər.

Əgər təklif qəbul edilərsə, avtomobilə görə əmlak vergisi maşının sahibi tərəfindən il ərzində bir dəfə ödəniləcək. Hüquqi şəxslər isə belə vergini hər rübdə ödəyə biləcəklər.

 

Bu təklif Hesablama Palatası tərəfindən ötən ay hökümətə təqdim edilib. Hökumətin qərarından sonra verginin məbləği və bunu ödəməyən sürcülərin cəriməsi müəyyənləşəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda bu nəqliyyat vasitələrini sürənlər vergi ödəyəcək