Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik

Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Digər istiqamət elektrik enerjisi sahəsidir. Artıq təmaslar qurulub, bir sıra ilkin sənədlər imzalanıb. Azad edilmiş ərazilər elektrik enerjisi istehsalı baxımından, xüsusilə də bərpa olunan mənbələrdən - su, günəş və küləkdən elektrik enerjisi istehsalı baxımından böyük potensiala malikdir. Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik, çünki orada çox məhsuldar torpaqlar var və biz oarada yüksək məhsduldarlığa nail ola bilərik. Hazırda xarici şirkətlər arasında Türkiyə, İtaliya və Böyük Britaniya şirkətləri azərbaycanlı həmkarları ilə birgə işləyir".