Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına işgüzar səfəri aprelin 14-də başa çatıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.