Prezident İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sərhədlərin delimitasiyası barədə danışıqlara başlamağa hazırıq

Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə Ermənistanla sərhədlərin delimitasiyası barədə danışıqlara başlamağa, hətta sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident İlham Əliyev deyib: "Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək".