Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək

Bu gün bu şanlı Qələbədən danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim Qəlbimizdə əbədi yaşayacaq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Azərbaycan xalqının indiki və gələcək nəsillərinin şəhidlərimizlə həmişə fəxr edəcəyini

vurğulayan dövlətimizin başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu bütün hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb.