Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir

28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə məktublar gəlməkdə davam edir.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Qriqori Trubnikovdan:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi adından Sizi təbrik edirəm.

Fürsətdən istifadə edərək, Azərbaycanla bizim beynəlxalq hökumətlərarası elmi-tədqiqat təşkilatı arasında ənənəvi möhkəm və səmərəli əməkdaşlığı vurğulamaq istərdim.

Hazırda geosiyasi vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, çətin tarixi dövrlərə davam gətirməyi bacarmış və dünya elm ictimaiyyətinin nümayəndələri arasında qarşılıqlı fəaliyyəti həyata keçirmək üçün nadir platforma statusunu inamla qazanmış Birləşmiş Nüvə Tədqiqatları İnstitutu yenə də sabitlik adası kimi qalmaqdadır.

Ümidvaram ki, hazırda mövcud olan təhdidlər də aradan qaldırılacaq, bizim qarşılıqlı faydalı tərəfdaşlığımız bundan sonra da Azərbaycanın və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun elmi ictimaiyyətinin rifahı naminə konstruktiv əsasda inkişaf edəcəkdir.

İcazə verin, Azərbaycan Respublikasına tərəqqi, onun bütün vətəndaşlarına möhkəm cansağlığı, sabitlik, sülh və həmrəylik arzulayım".

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizə, Azərbaycan Respublikasına və onun xalqına rifah, uğurlar və uzun ömür arzulayıram.

Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra bir çox çətinlikləri dəf edərək, uğurlu dövlət qurdu. Bu gün Azərbaycan Respublikası dünya birliyində ən layiqli yerlərdən birini tutmaqdadır.

Vurğulamaq istərdim ki, Gürcüstan ölkələrimiz arasında əsrlər boyu formalaşan nümunəvi dostluq əlaqələrinə və strateji tərəfdaşlığa çox böyük əhəmiyyət verir.

Bu əlamətdar gündə Gürcüstan ilə Azərbaycan Respublikası arasında mövcud olan sıx əməkdaşlığın daha da dərinləşməsinə töhfələr verməyə hazır olduğumu bir daha bildirirəm. Əminəm ki, birgə səylərimizlə, regionda sabitliyin möhkəmlənməsi və iqtisadi tərəqqinin təmin olunması üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq.

Zati-aliləri, fürsətdən istifadə edərək, bir daha Sizə dərin ehtiramımı ifadə edir, Sizə və qardaş Azərbaycan xalqına cansağlığı, sülh, əmin-amanlıq, rifah diləyirəm".

***

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda sanballı uğurlar qazanıb və beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib.

İcazə verin, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycanın gələcək inkişafı və tərəqqisi naminə məsul fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayım".

***

"Azİz" Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivakdan:

"Hörmətli İlham Heydər oğlu.

"Azİz" Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası İsraildə yaşayan çoxminli Azərbaycan icması adından Sizi Müstəqillik Günü münasibətilə təbrik edir.

Şərqdə ilk demokratiya - Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş dövlət idarəçiliyi ənənələrini sonrakı dövrdə Azərbaycan xalqının ümummilli lideri dahi Heydər Əliyev bərpa etmiş və Siz həmin ənənələri davam etdirirsiniz.

Bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi və siyasi davamçısıdır. Müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri indi də Azərbaycanda bərabərhüquqlu şəkildə yaşayırlar. Bu, bizim Vətənimizi bir sıra başqa ölkələrdən xüsusilə fərqləndirir.

Sizin Prezident vəzifəsində fəaliyyətinizin lap əvvəlindən Azərbaycan dəyişməyə başlayıb. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda nüfuz və iqtisadi cəlbedicilik qazanıb.

Biz, İsraildə yaşayan Azərbaycan icması öz Vətənimizlə həmişə fəxr etmişik. Lakin indi, Sizin rəhbərliyinizlə Azərbaycanın işğalçıları qovduğu və Vətən müharibəsində qalib gəldiyi vaxtda biz daha aydın başa düşürük ki, bu, ilk növbədə, Sizin xidmətinizdir və bütün bunlara görə Sizə təşəkkür edirik.

Əziz İlham Heydər oğlu, Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik.

Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayırıq".

***

Seneqal Respublikasının Prezidenti Məkki Salldan:

"Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha vurğulayıram".

***

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan:

"Hörmətli İlham Heydər oğlu.

Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün sakinlərini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi dövlətdir. Onu əminliklə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri adlandırmaq olar. Şübhəsiz ki, bu, təkcə bu ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən bənzərsiz insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır. Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaq və xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə və Azərbaycanın bütün sakinlərinə səmimi-qəlbdən xoşbəxtlik, uğurlar, əmin-amanlıq və firavanlıq arzu edirəm".

***

San-Marino Respublikasının Kapitan-Regentləri Oskar Mina və Paolo Rondellidən:

"Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ildönümü - Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və şəxsən öz adımızdan Zati-alinizə və dost Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, bu əlamətdar gündə Sizə ən yüksək ehtiramımızı bildirir, uğurlar arzulayır, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək diləyirik".

***

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovinddan:

"Zati-aliləri.

Müstəqillik Günü münasibətilə Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələr mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi tamam olur. Ötən 30 il ərzində əlaqələrimiz xüsusilə iqtisadi sahədə yaxşı inkişaf edib. Münasibətlərimizi qarşılıqlı anlaşma və maraq üzərində qurmaq olduqca vacibdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Polşa Respublikasının Prezidenti Andjey Dudadan:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa xalqı adından və şəxsən öz adımdan Sizə, ölkənizin bütün vətəndaşlarına səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

2022-ci ildə biz Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu müddət ərzində çox yaxşı səviyyədə olan siyasi münasibətləri inkişaf etdirməyə, ticarət əlaqələrini, ənənəvi dostluğu və əməkdaşlığı dərinləşdirməyə nail olduq.

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bizim üçün mühüm tərəfdaşdır. 2017-ci ildə Varşavaya səfəriniz zamanı Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişaf istiqamətlərini müəyyən edən sənəd olaraq qalır. Dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin və əməkdaşlığın istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində bundan sonra da uğurla inkişaf edəcəyinə əminəm.

Cənab Prezident, icazə verin, milli bayramınız münasibətilə bütün Azərbaycan vətəndaşlarına bir daha təbriklərimi çatdırım".

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hökmdarı Məhəmməd bin Rəşid Al Məktumdən:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycanın bütün xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməyi özümə şərəf sayıram.

Biz Azərbaycan Respublikasının bu illər ərzində qazandığı uğurlara görə sevinir və ikitərəfli münasibətlərimizi bundan sonra da dərinləşdirməyə hazır olduğumuzu bildiririk. Dövlətlərimiz arasında mehriban qonşuluq münasibətlərinin ardıcıl olaraq yaxşılaşmasında Sizin şəxsi xidmətlərinizi xüsusi qeyd etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram".