DSMF və İşsizlikdən Sığorta Fondunun yeni büdcəsi təsdiqləndi

Prezident İlham Əliyev "Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında" qanunda edilən dəyişiklikləri təsdiqləyib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 181,4 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 1,0 milyon manat və ya 0,6 faiz çoxdur.