Prokuror bələdiyyə işçilərinə cəza istədi

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Binə bələdiyyəsinin sədri Babaxan İsayev və müavini Əlisa Panayevin cinayət işi üzrə məhkəmə davam etdirilib.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, İsayevin 12 il, Panayevin isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə dekabrın 4-də müdafiə tərəfinin çıxışı ilə davam edəcək.
 

Ittihama görə, 2012-ci il martın 29-da B.İsayev öz xidməti otağında müavini Ə.Panayevlə birgə satılan torpaq sahəsi üçün vətəndaşdan 4.400 manat alarkən tutulublar.