70 min manatlıq qızıl oğurlayan üç dostun məhkəməsi başladı

Day.Az представляет новость на азербайджанском языке.

Bakı Ağır Cinayətlər Məhkəməsində qızıl dükanında oğurluq etməkdə ittiham olunan Yaşar Hacıyev, Seymur Sorqatov və Həsən Əkbərovun məhkəməsi başlayıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin cinayət işi üzrə hazırlıq iclası olub. Məhkəmə baxışı dekabrın 9-na təyin olunub.
 

İttihama görə, Binə Qəsəbə sakini Əlirza Cabbarova məxsus qızıl dükanından Yaşar Hacıyev və onun dostları Seymur Sorqatov, Həsən Əkbərov oğurluq ediblər. Oğurluğun təşkilatçısı və qrupun rəhbəri əvvəllər 2 dəfə məhkumluq həyatı yaşayan Yaşar Hacıyev olub. Dostlar bir neçə gün müşahidə apardıqdan sonra qapını sındıraraq mağazadan 70 min manat dəyərində qızıl-zinət əşyaları aparıblar.
 

Onlar qızılın bir qismini basdırıb, yerdə qalan hissəsini isə 12 min manata satıblar. Pulun 10 min manatını aralarında bölən dostlar 2 min manatına "VAZ-2106" markalı avtomobil də alıblar.