Gəncədə bir evdən 10 min dollar, digərindən smart-kartlar apardılar
Day.Az представляет новость на азербайджанском языке.

Gəncədə yaşayış evindən xeyli miqdarda pul oğurlanıb. Gəncə Şəhər Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəhər sakini Xaliq Qasımov idarəyə müraciət edərək bildirib ki, noyabr ayının 28-dən dekabr ayının əvvəllərinə kimi evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər onun evinin qapısını xüsusi açarla açaraq içəriyə daxil olublar və oradan 10 min ABŞ dolları məbləğində nəğd pul, dəyəri 300 manat olan bir ədəd qızıl qolbağı və bir ədəd qızıl kulonu oğurlayıb aparıblar.

Başqa bir oğurluq hadisəsi, Gəncə şəhər sakini Ceyhun Qurbanova məxsus mənzildən edilib. Həmin şəxs polisə müraciət edərək bildirib ki, evdə olmadığı iki gün müddətində naməlum şəxs və ya şəxslər mənzilə daxil olaraq evdən ona məxsus vətəndaşlıq pasportunu, içərisində təxminən 200 manat pul yığdığı suvenir kassanı, evin qaz və işıq sayğaclarının smart kartlarını oğurlayıblar.

Hər iki fakt üzrə cinayət işi açılıb, oğurluq edən şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.