Azərbaycanda soyğunçuluq edən qızların məhkəməsi başladı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda soyğunçuluqda təqsirli bilinən Rusiya vətəndaşları - Zita Samoyeva və Tamara Doçenkonunun məhkəməsi başlayıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı dekabrın 10-na təyin edilib.
 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilirlər. Onları Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Nəsimi və Səbail rayon polis idarələrinin əməkdaşları həbs edib.
 

Müəyyən edilib ki, Zita Samoyeva və Tamara Doçenkonu bu il iyunun 26-da Türkiyə vətəndaşı Mutlu Başakın əl çantasından içərisində 435 manat, iki kredit kartı və şəxsi sənədləri olan pul kisəsini oğurlayıblar. Bundan başqa, müəyyən edilib ki, onlar daha beş Azərbaycan vətəndaşını qarət ediblər.