Oğlu döyülən atanı qətlə yetirdilər

Day.Az представляет новость на азербайджанском языке.

--------

18:27

Daşkəsən rayon sakini Rafael Əsgərli bıçaqlanaraq qətlə yetirilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar rayon sakini, 32 yaşlı Bəxtiyar Məmmədovvə 27 yaşlı Elmir Məmmədovlardır.

Onlar Daşkəsən şəhər mərkəzi bazarın yaxınlığında aralarında yaranan şəxsi münasibətlər zəminində dalaşıblar, nəticədə Rafael Əsgərov bıçaqlanıb. Ağır bədən xəsarətləri alan zərərçəkmiş elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Bəxtiyar Məmmədov əvvələr məhkumluq həyatı yaşayıb. 

---------

09:35

Daşkəsən rayon sakini Rafael Əsgərli bıçaqlanaraq qətlə yetirilib. Kəpəz TV  bildirir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Hələlik saxlanılanların kimliyi açıqlanmır. Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, qətlə yetirilən Rafael Əsgərlinin oğlu Rəmayıl Əsgərli ötən gün Bəxtiyar Abdullayev tərəfindən döyülərək, xəstəxanaya yerləşdirilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə https://www.facebook.com/azdayaz izləyə bilərsiniz.