Aktrisa Xatirə Süleymanova: “Sonradan hadisələr öz axarı ilə gedir” - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Sumqayıt Dram Teatrının aktrisası Xatirə Süleymanova "Ağabəyovlar" serialında çəkilib. O serialdakı rolu haqda Milli.Az-a danışıb.

"Seriala çəkilməyim üçün mənə dəvət gələndə ilk öncə etiraz etdim. "Seriala yarıdan niyə dəvət almalıyam?" dedim... Amma mənə təklif edilən ssenari çox xoşuma gəldi. Ona görə də çəkilməyə qərar verdim. Serialdakı rolum Sevinc adlı müsbət xanım obrazıdır. Sevinc serialda Mina Soltan xanımın (Elmira Şabanovanın) rəfiqəsinin qızıdır. O uzun illər vətəndən gedib Türkiyədə yaşayan xanımdır. Sonradan ev almaq məqsədi ilə Bakıya gəlir. Amma o, fırıldaqçılara inanıb evin pulunu onlara ödəyir. Ona görə də ev ala bilməyən Sevinc məyus olub ev alana kimi anasının rəfiqəsigildə qalır. O da buna heç bir etiraz etmir. Sonradan hadisələr öz axarı ilə gedir.

3 gün çəkiliş oldu, kollektivdən çox razı qaldım. Serialda Elmira Şabanova, Aydın Əliyev və Yasəmən Malik ilə tərəf-müqabili oldum. Rejissor Yeganə xanımla işləmək mənə çox xoş idi. O çox mədəni və işini bilən bir xanımdır", - deyə aktrisa bildirib.

Böyütmək üçün şəkillərə klikləyin.

Фото: Milli.az