Meksikada Yalçın Adıgözəlovun rəhbərliyi altında konsert keçirilib – FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Meksika Birləşmiş Ştatlarının ən nüfuzlu Simfonik Orkestri sayılan "Orquesta Sinfonica del Estado de Mexico"nun ifasında, Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi altında möhtəşəm konsert axşamı keçirilmişdir.

Azərbaycan Respublikasinin Meksika Birləşmiş Ştatlarindaki Səfirliyin mətbuat xidmətinin məlumatına görə, konsert proqramında dahi Azərbaycan bəstəkarı Q.Qarayevin "Don Kixot" simfonik lövhələri, rus klassikləri P.İ.Çaykovskinin "Rokoko" variasiyaları və S.Raxmaninovun "Simfonik Rəqsləri" ifa edilmişdir. Həmçinin konsertdə solist olaraq məşhur italyan violonçel ifaçısı Roberto Trainini çıxış etmişdir.

Orkestrin baş konsertmeysteri Feliks Parra: "Maestro Yalçın Adıgözəlovla çalışmaq bizə böyük şərəf verdi. Yüksək peşəkarlığa və hərtərəfli biliyə malikdir. O həqiqətən böyük dirijordur" - deyə qeyd etmişdir.

Böyütmək üçün şəkillərə klikləyin.