Gənc Tamaşaçılar Teatrının 86-cı mövsümü açıldı – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Sentyabr ayının 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 86-cı mövsümün ilk tamaşaları nümayiş etdiriləcəkdir.
 

Day.Azın Teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin gün saat 12.00da A.Tolstoyun "Burationun macəraları", saat 19.00da L.Nurenin "Müharibə" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcəkdir.
 

Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş "Burationun macəraları" tamaşasının quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).
 

Karlo atanın taxtadan hazırladığı Buratinonun "həyat hekayəsi" azyaşlı tamaşaçılarımıza yaxşı bəllidir. Buratino sadiq dostlarının köməkliyi ilə nəhayət ki, möcüzəli qapıya vasitəçi olan qızıl açar tapır. Beləliklə, xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaq istəyi həyata keçir...
 

Saat 19.00da nümayiş etdiriləcək "Müharibə" tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir...
 

Hər iki tamaşa maraqlı səhnə tərtibatı və peşəkar aktyor ifası ilə seçilir.

Şəkilləri böyütmək üçün klikləyin: