Xalq şairi durumundan danışdı

Day.Az представляет новость на азербайджанском языке.

Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub müalicə olunmaq üçün getdiyi Almaniyanın Hannover şəhərindən qayıdıb. Xalq şairinin Anspress-ə verdiyi məlumata görə, həkimlər müalicənin yaxşı getdiyini söyləyiblər. Zəlimxan Yaqub həmçinin qeyd edib ki, həkimlər müalicənin nəticələrindən razı olduqları üçün hələlik böyrəklərin dəyişdirilməsindən danışmaq lazım deyil. Onun sözlərinə görə müalicə prosesi uzun müddət davam edəcək: "Müalicə hələ 5-6 aya qədər davam edə bilər".

Xalq şairi Zəlimxan Yaqub haqqında mətbuatda yayılan "böyrəklərini dəyişdirəcək" kimi başlıqlı xəbərlərə də münasibət bildirib: "Şükür Allaha ki, həkimlər müalicənin gedişindən razıdırlar. Onlar böyrəklərimin dəyişdirlməsini fikirləşmirlər".

Qeyd edək ki, xalq şairi, Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub bir müddətdir ki, Almaniyanın Hannover şəhərində böyrəklərindən müalicə alır.

Milli.Az