Nail Naiboğlu: "Film hazır olana kimi 14 kiloqram arıqladım"

13 апреля 2015 15:50 комментариев

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Nail Naiboğlunun rejissorluğu ilə ərsəyə gələn "Biznesmen" filminin qala gecəsi keçiriləcək

Axşam.az-ın məlumatına görə, 6 aya başa gələn ekran işi Ramiz Abdullayevin eyniadlı pyesi əsasında çəkilib.

Nail Naiboğlu "Biznesmen"lə bağlı xəbər verib:


"Film hazır olana kimi 14 kiloqram arıqladım. Bu yaxınlarda bir-birinin ardınca yeni ekran işləri təqdim edilib. "Biznesmen" digərlərindən fərqlənir. Bu filmə ailəsi ilə baxanlar çıxanda mənə söyməyəcəklər. Sabahdan etibarən ekran işi bütün kinoteatrlarda yayımlanacaq. Bugünkü qalaya tam hazıram".

Qeyd edək ki, ekran işində xalq artisti Arif Quliyev, aktrisa Xuraman Əlizadə, aparıcı Anar Nəcəfli, Kamran Quliyev rol alıblar.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!