Tam yeni BMW X5 avtomobilinin təntənəli təqdimat mərasimi “Elektra Hall” zalında keçirildi

14 noyabr tarixində BMW avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Improtex Motors" şirkəti "Elektra Hall"da  yeni nəsil X5 krossoverinin təqdimatını keçirtdi. Flaqman krossover yeni platforma, tam yenilənmiş mühərrik qamması, çoxlu sayda orijinal texniki və rahatlıq innovasiyasına malik olubdur.

Yeni krossoverin ən maraqlı elementlərindən biri onun 12,3-düymlük virtual cihazlar panelidir. Virtual cihazlar panelinin əsas hissəsi naviqasiya sisteminin xəritəsinə verilibdir. Spidometr və taxometr isə panelin kənarlarında yerləşdirilən zolaqlardan ibarətdir . Üstəlik, taxometrin xəttlənməsi saat istiqamətinin əksinədir. Lakin, dəyişikliklər bununla bitmir - yeni iDrive 7.0 mediasisteminin 12,3 düymlük ekranı cihazlar paneli ilə birləşdirilib.

Bundan başqa, havalandırma sisteminin deflektorlarının forması dəyişdirilmiş, klimat-kontrol sisteminin miniatür ekranları isə mərkəzi deflektorların ortasında yerləşdirlimişdir. Sükan çarxı yeni mərkəzi hissəyə sahib olub, xarici işıqlandırmanın aktivləşdirilməsi isə düymələr bloku şəklində tərtib edilib. Qapı dəstəklərinin və şüşəqaldırıcıların düymələri də yerlərini dəyişiblər. Mərkəzi konsoldakı düymələr və selektor blokuna yenidən baxılmış, mühərriki işə salma düyməsi də orada yerləşdirilmişdir.

Krossoverin yeni nəsli sələfinə nisbətən xeyli böyüyüb: onun uzunluğu 4.5m, eni isə 7sm artıb. Hündürlük isə 2 sm azalıb. Beləliklə, yeni X5 modelinin uzunluğu 4922 millimetr, eni - 2004 millimetr, hündürlüyü isə 1745 millimetr təşkil edir.

Tamamilə yeni platforma (CLAR modul platformasının yeni variantı) üzərində inşa edilən krossoverin təkər bazasının uzunluğu 2933 millimetrdən 2975 millimetrə qədər artıb. Yeni X5 modeli öndə ikiqollu, arxada isə çoxqollu asqıya, həmçinin, ilk dəfə opsional olaraq quraşdırılan tam pnevmatik asqıya sahib olub. Əvvəlki X5 modelində pnevmatik asqı yalnız arxada quraşdırılırdı. Üstəlik, avtomobil tam idarələnən şassiyə və aktiv arxa stabilizatora sahib olub. Ənənəvi M Sport idman dəsti ilə yanaşı, krossover üçün yolsuzluq dəsti də təklif ediləcəkdir. Bu dəstə altlığın müdafiəsi, arxa differensialın qapadılması və idarəetmə elektronikasının bir neçə spesifik rejimi daxildir.

Təchizata gəldikdə isə, əlavə ödənişlə dairəvi müşahidə sistemini lazer-lyüminifor uzaq işıqlarını sifariş etmək mümkündür. Bu fənərlər standart işıq diodlardan hazırlanmış fənərlərdən 200 metr uzağı işıqlandırır - yəni, məsafə yarım kilometr təşkil edir. Əlbəttə ki, krossover üçün onu zolaqda saxlayacaq və öndəki avtomobillə ara məsafəsini gözləyəcək kvaziavtopilot sistemi də nəzərdə tutlubdur. Radiator barmaqlıqları aktiv jalüzilərə sahib olub. Təkər disklərinin seçimi  isə 18-22 düym arasında olacaqdır. Avtomobildə işlənmiş materialların seçimi yüngülləşdirilmiş konstruksiyalar və vəsaitlərdən effektiv istifadə konsepsiyası əsasında təyin edilmişdir. Yeni nəsil BMW X5 modelini Spartanburq şəhərindəki zavodda istehsal olunur.

Xsüsusi ilə qeyd ediləsi hal odur ki, BMW Azərbaycanda 4 il və ya 200.000km tam zavod zəmanəti verən yeganə avtomobil brendidir.

"Improtex Motors" haqqında:

"Improtex" Şirkətlər Qrupunun tərkib hissələrindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce Motor Cars", "MINI", "Alpina" və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və 2 servis mərkəzi vardır.