KarnegiKlub 8-illiyində Bakıda “UĞUR FORUMU” və “NATİQLİK ÇEMPİONATI” keçirəcək

24 fevral 2019-cu il tarixində KarnegiKlub Treninq mərkəzi yaradılmasının 8-illiyi münasibətilə Bakı şəhərində Avropa Azərbaycan məktəbinin böyük zalında möhtəşəm tədbir keçirəcək. Hər zaman unikal və faydalı treninqləri ilə seçilən KarnegiKlub, bu il "UĞUR FORUMU" və "NATİQLİK ÇEMPİONATI" keçirərək tədbirin marağını, rəngarəngliyini və intellektuallığını artıracaq.

Bu il keçirilən tədbirdə "UĞUR FORUMU" çərçivəsində ölkəmizin ictimai və biznes sektorunda kifayət qədər tanınmış məruzəçilərin:

Rəşad Bayramov,

Elvin Dadaşsoy,

Cəlalə Nəzəroğlu,

Təbriz Hacınski,

Şəmsi Bayramzadə,

Xəqani Hüseynov,

Ramil Cabbarov,

Taleh Yüzbəyov və

Nəcəf Allahverdiyevin çıxışları yer alacaq.


8-illik tədbirin "NATİQLİK ÇEMPİONATI"nda isə, iştirak etmək istəyən bütün iddiaçılardan münsiflər heyəti tərəfindən ən uğurlu 8 nəfər seçilərək FİNAL mərhələsinə keçəcək. Qalibləri dəyərli hədiyyələr gözləyir:

I yer 1000 AZN (həcmində hədiyyə)

II yer 500 AZN (həcmində hədiyyə)

III yer 300 AZN (həcmində hədiyyə)


Forumu təşkil edən KarnegiKlub Treninq mərkəzi artıq 8 ildir fəaliyyət göstərir. Bu illər ərzində 5000-dən çox insan, 200-dən çox açıq və korporativ qrup "Xarizmatik Natiq", "Effektiv satış", "Mind Map (Beyin Xəritəsi)" və digər treninqlərdə iştirak edib. Eyni vaxtda 200, 450, 600 nəfərlik auditoriyaya şəxsi inkişaf mövzusunda təlimlər keçirilib. Gənclərin, biznesin, idarəçiliyin inkişafı üçün keçirilən treninqlər ali məktəblərdə, dövlət və özəl sektoru əhatə edir.

Tədbirdə istənilən şəxs iştirak edə bilər. İştirak ödənişlidir. Biletləri əldə etmək üçün:

077 444 14 00 (WhatsApp) nömrəsinə yazın və ya zəng edin

və ya bu linkdə qeydiyyatdan keçin: https://goo.gl/forms/i9YziQwgne0cLHla2


Tədbirin Feysbudakı iventi: https://www.facebook.com/events/2201388789905796/?ti=cl


Natiqlik çempionatda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat yanvarın 31-i gecə saat 23.59-da bitir və bunun üçün növbəti linkdən istifadə edilə bilər: https://goo.gl/forms/YkT0QTff5Vfee9zN2


Forumun təşkilatçısı beynəlxalq dərəcəli biznes təlimçi, KarnegiKlub treninq mərkəzinin rəhbəri Dr.Nəcəf Allahverdiyev 8-illik tədbirlə bağlı fikirlərini bölüşərək bildirdi ki, "UĞUR FORUMU" və "NATİQLİK ÇEMPİONATI" Vətənimizdə insanları şəxsi inkişafı və biznesin irəli aparılması sahəsinə xüsusi töhfə verəcək.

KarnegiKlub-un 8-illiyinə MÖHTƏŞƏM TƏDBİR:

"UĞUR FORUMU & NATİQLİK ÇEMPİONATI"

Tarix: 24 fevral 2019 (Bazar günü)
Vaxt: 09:00 - 18:00
Keçirilmə məkanı: Avropa Azərbaycan məktəbi

Format: 800 nəfərlik zalda keçirilən "8 illik" tədbirimiz iki fərqli konseptin: "Uğur Forumu" və "Natiqlik Çempionatı"nın maraqlı, faydalı və əyləncəli vəhdətindən ibarətdir.

● Uğur forumu- 9 peşəkar spikerin maraqlı və faydalı mövzularda çıxışları

● Natiqlik Çempionatı- qeydiyyatdan keçmiş İDDİAÇILAR arasında keçirilən yarışma

-------------------------------------------
Tədbir haqda daha ətraflı:

1. UĞUR FORUMU - tanınmış və uğurlu Spiker, Motivator və Təlimçilərin maraqlı çıxışları.

Uğur Forumunun çışıxçıları:

• RƏŞAD BAYRAMOV - Beynəlxalq dərəcəli təlimçi, "BP"-nin xarici işlər şöbəsinin rəhbəri.
Mövzu: "Uğurun formulu".

• ELVİN DADAŞSOY - "Panda School"un rəhbəri, biznes təlimçi.
Mövzu: "Biznesmen psixologiyası".

• CƏLALƏ NƏZƏROĞLU - "Diksiya" akademiyasının təsisçisi, "ASAN" radionun aparıcısı.
Mövzu: "40-cı qapı".

• TƏBRİZ HACINSKİ - "Videoline" və "CİBS"in təsisçisi, profayler.
Mövzu: "Danışıqların idarə olunması".

• ŞƏMSİ BAYRAMZADƏ - "AZƏRSUN" holdinqin marketinq şöbə müdüri, "UNEC"in MBA mühazirəçisi.
Mövzu: "Daha böyük olanı - Sizin gizli gücünüzdür".

• XƏQANİ HÜSEYNOV - Həkim-implantoloq, "Estetik Diş" klinikasının təsisçisi.
Mövzu: "Hədəfə çatmaq üçün..."

• RAMİL CABBAROV - "UNEC"in karyera və dijital marketinq mərkəzinin direktoru, təlimçi.
Mövzu: "Uğuru oğurla(t)maq".

• TALEH YÜZBƏYOV - Rejissor, aktyor, videobloger.
Mövzu: "İşini sev və ya sevdiyin işlə məşğul ol"

• NƏCƏF ALLAHVERDİYEV - "KarnegiKlub"un təsisçisi, beynəlxalq dərəcəli təlimçi, kouç.
Mövzu: "Uğurun kommunikasiyası"


2. NATİQLİK ÇEMPİONATI - natiqlik çempionluğuna iddiaçıların çıxışları və münsiflər heyəti tərəfindən qiymətləndirilməsi.

Burada iddiaçıların arasından 8 nəfər ən uğurlusu seçilərək, FİNAL mərhələdə güclərini sınayacaqlar.

Çempionatda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır.
Natiqlik çempionatında özlərini sınamaq istəyənlər, bu linkdə qeydiyyatdan keçə bilər: https://goo.gl/forms/YkT0QTff5Vfee9zN2

Natiqlik çempionatına iddiaçı gismində çeydiyyat yalnız fevral ayının 1-nə qədər davam edəcək. Yanvarın 31-i gecə saat 23.59-da qeydiyyat bitir.

İlk 3 yerə qiymətli hədiyyələr:
1-ci yer 1000 AZN (həcmində hədiyyə)
2-ci yer 500 AZN (həcmində hədiyyə)
3-cü yer 300 AZN (həcmində hədiyyə)

Forumun gündəliyi:
Saat 9:00 - Qeydiyyat
Saat 10:00 - Birinci hissə
Saat 13:00

Videonu izləmək üçün şəklə klikləyin:
Karnegi club