“Rabitəbot” ilə hesabı alman üsulu bölün!

Ölkənin ilk bot sisteminin tətbiqini reallaşdıran Rabitəbank, yeni funksiyaları ilə, istifadəçi sayını durmadan artırmağa davam edir!

Botun yeni "məbləği böl" funksiyası ilə, istənilən ödənişinizi, 10 şəxs arasında bölüb, məbləği yenidən kart hesabınıza əlavə edə bilirsiniz. Həmçinin, bot vasitəsi ilə kartdan karta köçürmələr, kreditin ödənilməsi, pul istə, kalkulyator və digər mütəmadi işlənilən funksiyalar mövcüddur.

Qeyd edək ki, Rabitəbot 2018-ci ildən etibarən,  telegram və facebook messengeri üzərindən vətəndaşlara xidmət göstərir. Rabitəbot bir ay ərzində istifadə sayını telegram üzərindən 15.1 %, facebook messenger üzərindən 104.6% - ə dək qaldırmışdır. Ümumilikdə isə, Bot istifadəçilərinin sayı 55,7 % artıb!

Botdan istifadə haqqında təlimatla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

Messenger:               https://www.youtube.com/watch?v=2UWQYLZVnG4 

Telegram:                 https://www.youtube.com/watch?v=eVbOM2LINd0