“Nar” “Facebook”səhifəsinə daxil olmuş  müraciətləri 100%  cavablandırıb

"Nar"  sosial media vasitəsilə yüksəkkeyfiyyətli, operativ və tam müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, mobil operator sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin hamısına cavab verir. 2019-cu ilin birinci rübü ərzində sosial şəbəkələrdən daxil olan müraciətlərin 25 %-dən çoxu 1 dəqiqə, 53%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılıb. Ümumilikdə, "Nar"-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 8 dəqiqə ərzində cavab verilib. Mobil operatorun üstün müştəri xidmətini nəzərə alan "Socialbakers" beynəlxalq tədqiqatı "Nar"-ın "Facebook" səhifəsini "Socially Devoted" sertifikatına layiq görüb. Belə ki, təşkilatının 2019-cu ilin birinci rübü ərzində apardığı monitorinqin nəticələrinə görə, "Nar" "Facebook" şəbəkəsinə daxil olmuş  müraciətləri 100%  cavablandırıb.

Qeyd edək ki, "Nar" abunəçiləri "Facebook", "Twitter" və "Instagram", eyni zamanda elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlaya və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab ala bilərlər. Abunəçilərə sosial şəbəkələr üzərindən əsasən balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, "Nar"-ın xidmətləri, tarifləri, internet paketləri, nömrələr üzərində əməliyyat, gələn mesajlar, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.  haqqında ətraflı məlumat əldə  edə bilərlər. Qeyd edək ki, "Nar" sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

"Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar" şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.